• Yumurtalı tərəvəz şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 19 137

Tarix : 29-07-2014, 03:03

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
göyərti: cəfəri, göy soğan, kərəviz
bolqar bibəri
göy noxud (konservə olunmuş da olar)
yumurta
yağsız qatıq
kök
zeytun yağı — 1 x.q.
1 x.q. qaşıq tomat pastası əlavə etmək olar (tomat duzu əvəz edəcək və şorbaya rəng qatacaq

Hazırlanması:
Kökü sürtgəcin iri gözündən keçirib zeytun yağında qızardın. Kök qızardıqdan sonra tomat pastası əlavə edin, qarışdırıb alovdan götürün. Göyərtini xırda-xırda, bibəri uzun-uzun doğrayın.
Yumurtanı qaynadın, təmizləyib 4 hissəyə bölün. Noxudun suyunu süzün.

Qaynayan suya qızardılmış kökü, bolqar bibəri və təxminən 4 x.q. göy noxud əlavə edin.
Kərəvizdən başqa digər göyərtiləri şorbaya töküb 10 dəqiqə bişirin. Alovdan götürüb kərəviz, yumurta və qatıq əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, tomat, bibəri, zeytun, qatıq, xırda, şorbaya, yumurta, pastası, bolqar, noxud, kərəviz, Noxudun, suyunu, süzün, Qaynayan, bölün, hissəyə, doğrayın, qaynadın
BİZİ İZLƏYİN