• Un şorbasının resepti

Reseptin məlumatları Baxış sayı: 13 719

Tarix : 30-11-2016, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 yemək qaşığı kərəyağı
2 yemək qaşığı zeytunyağı
3 dolu yemək qaşığı un
5 su stəkanı isti toyuq suyu
1 / 2 çay qaşığı duz
1 / 4 çay qaşığı qara bibər

Üzəri üçün:
1 yemək qaşığı kərəyağı
1 çay qaşığı quru nanə

Hazırlanması:
Kərə yağı və zeytun yağını dərin bir qazana töküb qızdırın. Az-az un əlavə edib qısıq atəşdə qovurmağa başlayın. Unu yandırmadan qovurmağa və yüngül bir rəng almasına diqqət edin. Qovrulan una isti toyuq suyunu az-az əlavə edin balaca bir əl çırpıcısının köməyi ilə sürətlicə qarışdırın. Qaynamağa başlayan şorbanı duz və qara bibər əlavəsiylə dadlandırın. Arzu etdiyiniz ədviyyatlar olarsa bu mərhələdə əlavə edin. Kiçik bir sous qazanı ya da tavaya aldığınız kərəyağını qısıq atəşdə əridin. Quru nanə əlavə edin qoxusu çıxana qədər qarışdırın. Boş qablara çəkdiyiniz isti şorbanın üzərinə hazırladığınız nanəli sousu gəzdirib gözlətmədən sevdiklərinizlə paylaşın.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, yemək, atəşdə, qarışdırın, bibər, qovurmağa, qısıq, toyuq, kərəyağı, tavaya, aldığınız, kərəyağını, qoxusu, əridin, Kiçik, ədviyyatlar, etdiyiniz, olarsa, mərhələdə
BİZİ İZLƏYİN