• Ləvəngi şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 114

Tarix : 5-12-2016, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
150 qr toyuq filesi
1 x.q. ağ küncüt
1 x.q. xama
Zeytun yağı
Duz, istiot

İçlik üçün:
40 qr qoz ləpəsi
1 ədəd baş soğan
1 x.q. nar turşusu
Duz, istiot

Şorba üçün:
1 x.q. un
40 qr kərə yağı
40 qr qoz ləpəsi
1 x.q. nar turşusu
2 st. toyuq bulyonu
Qurudulmuş çörək

Hazırlanması:
Toyuq filesi incə kəsilib döyülür, duzlanıb, istiotlanır.
İçliyin hazırlanması:
Qoz ləpəsi sürtgəcdən keçirilir. Soğan xırda doğranır, üzərinə qoz, nar turşusu, duz, istiot əlavə edilib qarışdırılır. İçlikdən 1 x.q. götürülüb döyülmüş toyuq filesinin üzərinə qoyulur. Toyuq əti bükülüb zeytun yağında qızardılır.
Şorbanın hazırlanması:
Çörək dilimləri dördkünc doğranıb sobada qurudulur. Qoz ləpəsi sürtgəcdən keçirilir. Kərə yağı əridilib, üzərinə əvvəlcə un, daha sonra qoz, nar turşusu əlavə edilib qovrulur. Qarışığa toyuq bulyonu, duz, istiot tökülüb 10 dəqiqə qaynadılır.Hazır şorba kasaya tökülüb, üzərinə qurudulmuş çörək qoyulur. Qızarmış içlikli toyuq əti boşqaba düzülür. Üzərinə xama çəkilir, küncüt səpilib şorba ilə birlikdə servis edilir.

Nuş olsun!
Etiketlər: toyuq, turşusu, üzərinə, istiot, ləpəsi, keçirilir, sürtgəcdən, hazırlanması, şorba, tökülüb, Toyuq, əlavə, edilib, qoyulur, çörək, filesi, bulyonu, küncüt, dəqiqə, Hazır
BİZİ İZLƏYİN