• Dənə lobya resepti

Reseptin məlumatları Baxış sayı: 16 318

Tarix : 7-12-2016, 16:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
300 qr sümüklü dana əti
2 st. qırmızı lobya
1 ədəd baş soğan
50 qr kərə yağı
2 ədəd kartof
1 x.q. tomat pastası və ya 2 x.q. pomidor suyu
Bir çimdik sarıkök
Nanə qurusu
Duz, istiot

Hazırlanması:
Lobya axşamdan isladılıb duzlu suda bişirilir. Kartof dördkünc doğranır. Ət tikələrə bölünüb suda qaynadılır. Üzərinə kərə yağı, bütöv soğan, sarıkök, duz və istiot əlavə olunub bişirilir. Ət bişənə yaxın üzərinə lobya, kartof əlavə edilib qarışdırılır. Tomat 0,5 st bulyonun suyunda qarışdırılıb şorbaya qatılır. Hazır şorbanın üzərinə nanə qurusu səpilərək yeyilir.

Nuş olsun!
Etiketlər: qurusu, əlavə, bişirilir, üzərinə, sarıkök, istiot, soğan, lobya, kartof, qarışdırılır, Tomat, edilib, yeyilir, bişənə, olunub, yaxın, suyunda, qatılır, Hazır, səpilərək
BİZİ İZLƏYİN