• Kartoflu-qabaq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 12 925

Tarix : 12-12-2016, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1,5 ədəd kartof
1 ədəd qabaq
1 yemək qaşığı qaynadılmış düyü
1 çay qaşığı qaşığı zeytunyağ

Qeyd:
Körpələr üçün hazırlanan bütün yeməklərin , qaynayan suyun içində steril olmuş bankalarda saxlanması ən doğru saxlama üsuludur.

Hazırlanması:
Düyünü qaynadıb suyunu süzün.
qabaq və kartofların qabıqlarını soyun və kub kub doğrayın.
Qazanın yarısına qədər su qoyun və tərəvəzləri süzgəcə qoyun .
qabaq və kartofu yaxşıca bişirin.
Qaynadılan tərəvəzləri tel süzgəcdən keçirərək süzün. Qaynadılmış düyünü də əzərək şorbaya qarışdırın.
Zeytunyağını və 1/2 su stəkanı suyu əlavə edib yüngül qaynadın.
Qaynayan şorbanın altını bağlayın və şüşə bankalarda saxlayın.
Körpəniz üçün yeməyiniz hazırdır.

Nuş olsun!
Etiketlər: qaşığı, qabaq, süzün, tərəvəzləri, qoyun, bankalarda, yeməyiniz, süzgəcdən, keçirərək, Qaynadılmış, düyünü, Qaynadılan, bişirin, hazırdır, süzgəcə, kartofu, yaxşıca, əzərək, şorbaya, Qaynayan
BİZİ İZLƏYİN