• Pomidor şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 078

Tarix : 21-12-2016, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
6-7 ədəd iri pomidor
1 x.q. un
1 x.q. tomat pastası
1/2 stəkan qaymaq
1 x.q. soyuq kərə yağı
1 stəkan su
duz
istiot

Hazırlanması:
Pomidoru qabığından təmizləyib, kiçik hissələrə doğrayın. Kərə yağı və unu bir qazana qoyub odun orta hərarətində dayanmadan qarışdırın. Kərə yağı qaynadıqda üzərinə tomat pastası və doğranılmış pomidorları əlavə edin. 5-7 dəqiqə keçdikdən sonra qazana suyu və qaymağı əlavə edin. Şorba qaynayana kimi bişirin. Hazır şorbanı blenderdən keçirdin. Zövqünüzə görə şorbanızı sürtgəcdən keçirilmiş mozarella pendiri ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qazana, stəkan, əlavə, tomat, pastası, Hazır, şorbanı, blenderdən, bişirin, qaymağı, sonra, Şorba, qaynayana, Zövqünüzə, pendiri, süfrəyə, bilərsiniz, mozarella, keçirilmiş, keçdikdən
BİZİ İZLƏYİN