• Noxud şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 709

Tarix : 8-01-2017, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
700 q sümüksüz toyuq əti
300 q yaşıl noxud
100 q yerkökü
1 diş sarımsaq
duz
istiot

Hazırlanması:
Toyuq ətini yuyun. 2 litr suda qaynadın. Qaynara düşəndən sonra duz qatıb orta itilikli odda 7 dəqiqə bişirin. Əti çıxarıb qaba yığın. Bulyona noxudu əlavə edin, 10 dəqiqə bişirin.

Yerkökünü sürtgəcin orta gözündən keçirib bulyona əlavə edin.

Toyuq ətini xırda doğrayıb qatın. Daha 5 dəqiqə bişirin.
Sarımsağı təmizləyib xırdalayın. Şorbaya əlavə edib ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, əlavə, Toyuq, ətini, bulyona, keçirib, sürtgəcin, Yerkökünü, xırda, gözündən, qatın, Şorbaya, ocaqdan, götürün, xırdalayın, təmizləyib, noxudu, Sarımsağı, doğrayıb
BİZİ İZLƏYİN