• Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 207

Tarix : 15-08-2014, 23:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
İç:

500 q qoyun əti
250 q quyruq
350 q baş soğan
keşniş toxumu
qara istiot
zirə
keşniş, reyhan, nanə (istəyə görə) qurusu

Xəmir:
5 yumurta
1 st. su
duz
700-1000 q un (artıq da ola bilər)

Hazırlanması:
İç üçün olan ərzağı qarışdırın. Bunu artırıb-azalda da bilərsiniz. Əsas odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz, soğan da bol olmalıdır.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Duz, yumurta, su və undan xəmir yoğurun. Xəmir bərk olmalıdır. Qida plyonkasına bükün, 30-40 dəqiqə saxlayın, sonra bir dəfə də ətləyin.

Nazik yayın.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Tərəfi 2,5 sm olan kvadratlara bölün.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


İçdən xırda-xırda hər kvadratın ortasına qoyub bükün. Cəld tərpənmək lazımdır, çünki xəmir quruyanda yapışmır. Ən yaxşısı - köməkli bükməkdir.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Bükmək də asandır. Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi).
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Qıraqlarını bərkidin.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin. Hazırdır.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Sous:
Soussuz özbək düşbərəsi düşbərə olmaz ki…

Yağda soğanı qovurun, sarıkök, sarımsaq, yerkökü, zirə və keşniş toxumu əlavə edin.
Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edib bişirin (pomidor yoxdursa, tomat pastası və sudan istifadə edin).
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Şirin bibəri (istəyən çili də əlavə edə bilər) doğrayıb əlavə edin. Kərəviz, göyərti qurusu da qatın. Özbəklər "cambul" adlı göyərtidən istifadə edirlər. Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar. Azca bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə ocaqdan götürüb ağzına qapaq qoyun.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Düşbərəni yaxşı olar ki, bulyonda bişirəsiniz. Yoxdur? Eybi yox. Qazanı su ilə doldurub ocağın üstə qoyun. Soğanı və yerkökünü xırda doğrayın, dəfnə yarpağı, dənəvər istiot, duz əlavə edin. Qaynara düşəndə düşbərəni salın.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Əvvəlcə kasalara sous çəkin.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Sonra düşbərələri qoyun.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Düşbərənin bişdiyi bulyondan əlavə edin.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərti səpin.
Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT

Çuçvara (özbək düşbərəsi) resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qoyun, xırda, xəmir, istifadə, soğan, keşniş, bükün, yoxdursa, göyərti, hissə, olmalıdır, bərkidin, Əvvəlcə, bilər, quyruq, istiot, toxumu, düşəndə, qurusu
BİZİ İZLƏYİN