• Qaymaqlı göbələk şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 97 704

Tarix : 13-03-2017, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
2 yemək qaşığı kərə yağ
400 qr. göbələk - doğranmış
2 diş sarımsaq
2 yemək qaşığı un
4 su stəkanı toyuq suyu
200 ml. qaymaq
duz
qara bibər
Şüyüd - üzəri üçün

Hazırlanması:
Kərəyağını qazanda əridin, göbələk və sarımsaqları əlavə edib göbələklər suyunu çəkənə qədər bişirin. Unu əlavə edin, baharatlandırın və qovurun. Un qoxusu çıxınca yavaşca və davamlı qarışdıraraq toyuq suyunu əlavə edin və qaynamağa buraxın. Şorba qaynayınca ocaqdan alın qaymağı davamlı qarışdıraraq əlavə edin və təkrar ocağa alıb bir dəfə də qaynadın. Üzərinə incə qıyılmış şüyüd səpib xidmət edin.

Nuş olsun!
Etiketlər: əlavə, yemək, suyunu, qarışdıraraq, toyuq, davamlı, qaşığı, göbələk, Şorba, qaynamağa, qaynayınca, yavaşca, buraxın, təkrar, qıyılmış, şüyüd, səpib, xidmət, Üzərinə, qaynadın
BİZİ İZLƏYİN