• Badamlı toyuq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 11 921

Tarix : 15-03-2017, 14:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
750 ml. toyuq suyu
1 ədəd toyuq sinəsi - qaynadılmış, didiklənmiş
70 qr düyü
1 yemək qaşığı kərə yağı
1 ədəd yumurta sarısı
½ ədəd limon suyu
1 yemək qaşığı qarğıdalı nişastası
1 ovuc file badam
10 qr zəfəran
½ qəhvə fincanı isti su
duz
qara bibər

Hazırlanması:
Zəfəranı isti suyun içində 20-25 dəqiqə gözlədin .Toyuğu qaynadın və didikləyin, toyuğun qaynatdığınız suyunu da kənara ayırın.Toyuq suyunu qaynadın, düyünü əlavə edin. Yağsız bir tavada badamı rəng alana qədər qovurun, sonra kərə yağını tavaya əlavə edin və badamla birlikdə bişirin .Düyü bişdikdən sora , qovrulmuş badamı də qazana əlavə edin. Bir kasada yumurta, nişasta, limon suyu və zəfəranlı suyu çırpın. Şorbadan bir çömçə bu qarışığa alaraq qarışığı ilıq edin və hamısını qazana əlavə edin, qıvamı alana qədər zəif alovda bişirin. Didiklənmiş toyuqları, duz və qara bibəri şorbaya əlavə edib 10-15 dəqiqə bişirin və xidmət edin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, suyunu, qazana, toyuq, badamı, qədər, alana, qaynadın, dəqiqə, yemək, yumurta, qaşığı, limon, bişdikdən, qovrulmuş, bibəri, birlikdə, badamla, yağını
BİZİ İZLƏYİN