• Südlü fındıq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 11 869

Tarix : 1-04-2017, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 x.q. bitki yağı
2 x.q. un
3 st. süd
2 st. su
2 x.q. xırda vermişel
2 x.q. çəkilmiş fındıq
0.5 ç.q. duz
0.5 ç.q. istiot

üzərinə:
2 x.q. kərə yağı
1 x.q. pul bibər

Hazırlanması:
Unu dərin qazanda bitki yağı ilə qovurun. Südlə su əlavə edib qarışdıraraq qaynara düşüncə bişirin.

Vermişellə xırdalanmış fındığı qatıb qarışdıraraq bişirin. Duz-istiot vurun.

Ayrı bir tavada pul bibəri kərə yağında qovurun. Süfrəyə verərkən şorbanın üzərinə qovrulmuş istiotu gəzdirin.

Nuş olsun!
Etiketlər: istiot, üzərinə, qarışdıraraq, qovurun, bitki, bişirin, bibəri, tavada, vurun, qatıb, Süfrəyə, istiotu, gəzdirin, qovrulmuş, şorbanın, fındığı, verərkən, yağında, düşüncə, fındıq
BİZİ İZLƏYİN