• Şorba (düyü ilə noxud şorbası) resepti

Reseptin məlumatları Baxış sayı: 7 976

Tarix : 11-01-2018, 18:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
adambaşına 150 q qoyun əti
25 q düyü
10 q ərinmiş yağ
yarım baş soğan
20 q noxud
təzə alça yaxud alça qurusu
keşniş, şüyüd
quru nanə
duz/istiot

Hazırlanması:
Bu xörəyin hər payı üçün 2-3 tikə qoyun əti qazana qoyulub üzərinə soyuq su əlavə edilir və ən azı 1 saat bişirilir. Alınmış bulyon süzgəcdən süzülür. Arıtlanmış noxud qabaqca 3-4 saat soyuq suda isladılıb yarımhazır vəziyyətə çatıncayadək bişirilir. Həmin noxud və yuyulmuş düyü qaynar bulyona əlavə edilir, sonra yağda qızardılmış soğan, suda bişirilmiş ət və duz qatılıb bişirilir. Xörəyin hazır olmasına bir az qalmış yuyulmuş alça yaxud alça qurusu əlavə edilir.

Xörək süfrəyə veriləndə üzərinə keşniş və şüyüd səpilir.

QEYD: Şorba, xırda küftələr şəklində qoyun ətindən də hazırlana bilər. Bunun üçün ətçəkən maşından keçirilmiş ət xırda küftəciklər formasına salınıb bulyonda bişirilir.

Nuş olsun!
Etiketlər: bişirilir, noxud, əlavə, edilir, qoyun, üzərinə, soyuq, şüyüd, xırda, yuyulmuş, qurusu, yaxud, keşniş, soğan, səpilir, Şorba, ərinmiş, küftələr, veriləndə, süfrəyə
BİZİ İZLƏYİN