Tərkibi:2 stəkan buğda
1 yumurta
2 xörək qaşığı un
2-3 stəkan qatıq
istiot, duz və zövqə görə quru nanə
Hazırlanması:Buğdanı üncədən isladıb suda qaynatmaq. Kənarda yumurta ilə unu qarışdırıb eynən dovğa kimi qatığa əlavə edib qaynayan buğdanın içinə yavaş-yavaş bulayaraq tökmək.
Alınan qarışığı bir buğum qaynadıb, ocağı söndürmək.
Duz, istiot və nanə əlavə etmək. Sınanmış şorbadır, bol süd gətirir. Əsas südün miqdarı yox, ALLAHın südə verdiyi bərəkətdir.
Nuş olsun!
Etiketlər: stəkan, əlavə, yumurta, yavaş, istiot, ocağı, buğum, qaynadıb, Alınan, tökmək, söndürmək, qarışığı, Sınanmış, ALLAHın, verdiyi, bərəkətdir, miqdarı, südün, bulayaraq, şorbadır