• Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirən şorba resepti

Reseptin məlumatları Baxış sayı: 24 121

Tarix : 3-06-2017, 19:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Pəhriz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 ədəd soğan,
- 1 ədəd kök,
- 1 ədəd kartof,
- 1 ədəd bibər,
- 1 ədəd pomidor,
- 1 dəstə doğranmış cəfəri,
- 3 yemək qaşığı bitki yağı,
- 1 yemək qaşığı un,
- 5 stəkan su,
- Duz.

Hazırlanması:
Soğan, kök, kartof, bibər və pomidoru kiçik-kiçik doğrayın.

Bitki yağını qazana töküb, qızdırın.

Soğanı tökün və yaxşıca qovurun.

Sıra ilə doğradığınız ərzaqları əlavə edib, qarışdırın.

Qapağını örtüb, vam odda 10 dəqiqə bişirin.

10 dəqiqə sonra unu əlavə edin və qarışdırın.

Suyunu da töküb, tərəvəzlər yaxşıca yumşalanadək bişirin.

Göyərti və duzunu əlavə edin, qapağını örtün.

Tərəvəz şorbası süfrəyə hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, dəqiqə, bişirin, yemək, töküb, kiçik, bibər, kartof, qarışdırın, yaxşıca, sonra, Suyunu, örtüb, Qapağını, tərəvəzlər, Göyərti, şorbası, süfrəyə, hazırdır
BİZİ İZLƏYİN