• Ərəb küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 18 494

Tarix : 21-08-2014, 03:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 st. xırda bulqur
1 st. soyuq su
2,5 x.q. un
1 iri baş soğan
1 armudu stəkan bitki yağı
1 x.q. tomat
1 x.q. bibər pastası
qara istiot, quru nanə, zirə - hərəsindən 1 ç.q.
1 x.q. narşərab
2 diş sarımsaq
500 q ispanaq
duz

Hazırlanması:
Bulqurun üstünə su töküb 15 dəqiqə saxlayın. Suyu çəkdikdən sonra bulqura un əlavə edib yoğurun. Bulqur qurumasın deyə yoğurarkən arada əlinizi su ilə isladın. Alınan xəmirdən fındıq boyda kündələr tutun, hər birinin ortasına işarət barmağınızla yüngülcə basın.

Dərin qazana su və 1-2 çay qaşığı duz tökün, küftələri içinə töküb bişənədək qaynadın. Sonra suyunu süzün, amma atmayın.

Soğanı bitki yağında qovurun. Tomat, bibər pastası, nanə, istiot, zirə, narşərab və duz əlavə edib 2 dəqiqə bişirin. Xırdalanmış sarımsağı, ardınca küftələri əlavə edin. Küftələri qaynatdığınız sudan 2 st. götürüb buraya əlavə edin. Arada qarışdıraraq 5 dəqiqə bişirin. İri doğranmış ispanaq, lazım gələrsə, bir az da su əlavə edib qarışdırın. Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, istiot, pastası, bibər, narşərab, ispanaq, bişirin, bitki, küftələri, töküb, süzün, suyunu, Sonra, atmayın, Soğanı, qovurun, yağında, qaynadın, bişənədək
BİZİ İZLƏYİN