• Lobyalı makaron supu resepti

Reseptin məlumatları Baxış sayı: 7 666

Tarix : 10-07-2017, 17:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
●300 q mal əti (farş olunmuş)
●2 ədəd soğan
●2 ədəd kartov
●2 ədəd yerkökü
●təqribən 150 q qırmızı lobya
●təqribən 150 q makaron
●cəfəri,şüyüt
●duz,sarıkök (Mən uşağa da verdiyimə görə istiot vurmadım,siz vura bilərsiz)

Hazırlanması:
Əvvəlcə qazanda suyu qoyun qaynasın.Soğanın birini və şüyütü xırda doğrayıb ətə qatıb xırda küftəciklər edin.Su qaynayandan sonra küftələri suya əlavə edin.Sonra doğranmış yerkökünü,sonra kartovu.Əlavə bir qabda qaynayib bişmiş qırmızı lobyanı, sonda isə makaronu əlavə edin, digər bir soğanı isə xırda doğrayıb yağda qızardın və sarıkök əlavə edin.Hazır olmuş qarışımı Supa əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, sarıkök, sonra, qırmızı, doğrayıb, kartovu, Əlavə, qabda, qaynayib, yerkökünü, doğranmış, küftələri, soğan, Sonra, bişmiş, sonda, qızardın, Hazır
BİZİ İZLƏYİN