• İspanaq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 7 105

Tarix : 30-07-2017, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qr ispanaq,
1 baş soğan (orta ölçülü),
1 su st. qaymaq (сливки- krema),
2 x.q. kərə yağı,
yarım çay st. zeytun yağı,
nanə, pulbibər,
duz, istiot,
2 x.q. (dolu) un,
1.5 litr su

Hazırlanması:
Soğanı xırda doğrayıb, yağda qovururuq. Üzərinə ispanaq əlavə edib, bişiririk. Bişdikdən sonra blenderdən keçiririk. Yağ və unu ayrıca qovurub, ispanağın üzərinə əlavə edirik. Suyun 1 litrini tökürük. Ardınca qaymaq töküb, qarışdıraraq qaynamağa qoyuruq. Ayrı bir tavada kərə yağı, nanə və pulbibəri qovurub, şorbanın üzərinə əlavə edirik və qarışdırırıq. Servis edən zaman zövqə görə qaymaq da tökmək olar.

Nuş olsun!
Etiketlər: qaymaq, əlavə, qovurub, üzərinə, edirik, ispanaq, Ardınca, ispanağın, tökürük, töküb, litrini, Suyun, qaynamağa, Servis, zaman, zövqə, tökmək, qarışdırırıq, şorbanın, qoyuruq
BİZİ İZLƏYİN