• Gül kələmi yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 2 806

Tarix : 12-09-2017, 12:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Hüsniyyə


Tərkibi:
Yarım gül kələmi
4 orta ölçüülü pomidor
1 baş soğan
1 diş sarımsaq
2 qaşıq tomat pastası və ya ketçup
Biraz bitki yağı
Duz
1/3 ç.q Qara və qırmızı istiot
1/3 ç.q Sarıkök
1/3 ç.q Zəncəfil
1/3 ç.q Darçın

Hazırlanması:
Soğanı və sarımsağı kub-kub doğruyub bitki yağında azca öldürün və bütün ədviyyatları və tomatı əlavə edin üstünə kələmləri töküb, yaxşıca qarışdırın, kələm tam qarışsın ədviyyatlarla(rəngi narıncı olacaq) və pomidoru da qabığını soyub kub-kub doğruyub, tökün tavaya və qapağı örtüb, qoyun bişsin. Kələmlər öləndə artıq bişmiş sayılır. Süfrəyə verəndə üzərinə petruşka və ya nanə doğruyun,mən xiyar dilimləri ilə bəzədim ,həm də xiyarla əla oldu yeyərkən.

Nuş olsun!
Etiketlər: bitki, doğruyub, qapağı, tavaya, bişsin, örtüb, tökün, qoyun, soyub, rəngi, ədviyyatlarla, narıncı, olacaq, qabığını, pomidoru, Kələmlər, öləndə, xiyar, doğruyun, dilimləri
BİZİ İZLƏYİN