• Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 112 047

Tarix : 2-06-2014, 11:26

Bölmə : Tərəvəz yeməkləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
500 ml qatıq
200 q un
4 yumurta
1 ç.q. qabartma tozu

İç üçün:
1 dəstə göy soğan
100 q bərk pendir
1 bişmiş yumurta
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Hazırlanması:
İçin hazırlanamsı:

Pendiri sürtgəcdən keçirin, yaxud xırda doğrayın, xırda doğranmış göy soğan və kubik doğranmış bişmiş yumurta ilə qarışdırın. İç hazırdır.
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Qeyd: Güclü dadı olan pendir seçin, ətirli və bir qədər duzlu olsun, məsələn, Oltermani, Qauda, Tilziter, yaxud Edam.

Xəmirin hazırlanması:
Unu qatıqla qarışdırın.
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Yumurtaları, duz-istiot, 1 çay qaşığı da şəkər tozu əlavə edin. Qabartma tozunu ən sonda əlavə edin, qarışdırın. Xəmir duru alınmalıdır.
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Sinini yağlayın. Xəmirin yarısını içinə tökün. İçi döşəyin.
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Xəmirin qalanını üzərinə töküb 180 dərəcə qızdırılmış sobaya qoyun.
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Təxminən 30 dəqiqə bişirin.
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Bişirdikdən dərhal sonra sobadan çıxarmayın. Bir qədər soyumasını gözləyin.
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qarışdırın, yumurta, Xəmirin, yaxud, xırda, doğranmış, bişmiş, olsun, əlavə, qədər, pendir, soğan, üzərinə, qalanını, döşəyin, tökün, yarısını, Xəmir, sonda, alınmalıdır
BİZİ İZLƏYİN