• Mərakeş üsulu kartof qızartması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 874

Tarix : 1-12-2014, 12:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1/4 st. yaşıl zeytun
450 q qırmızı kartof
2 x.q. zeytun yağı
6 şərid limon sedrası
0,5 ç.q. zirə
1 st. su
1/4 st. doğranmış cəfəri
1 limon
duz
qara istiot

Hazırlanması:
Zeytunları çəngəllə əzin, çərdəklərini çıxarın, lətini xırda doğrayın.

Kartofu xırda doğrayın, xırdadırsa, ortadan iki bölün.

Ləyəndə kartof, zeytun, yağ, limon sedrası, zirə, 0,5 ç.q. duz, 0,25 ç.q. qara istiotla qarışdırın. Üzərinə limon şirəsi gəzdirin. Yaxşıca qarışdırıb dərin tavaya yığın.

Su əlavə edin, qaynara düşəndən sonra qapağını örtün, orta itilikli odda 10-12 dəqiqə, kartof yumşalınca bişirin. Sonra qapağı açın, suyunu tam çəkib qızarınca bişirin.

Üzərinə doğranmış cəfəri səpin.

Nuş olsun!

Mərakeş üsulu kartof qızartması resepti - FOTO RESEPT

Mərakeş üsulu kartof qızartması resepti - FOTO RESEPT

Mərakeş üsulu kartof qızartması resepti - FOTO RESEPT

Etiketlər: limon, kartof, zeytun, cəfəri, xırda, doğrayın, Üzərinə, doğranmış, bişirin, sedrası, düşəndən, sonra, qapağını, qaynara, əlavə, dərin, tavaya, yığın, olsun, örtün
BİZİ İZLƏYİN