• Bibərli pomidor sosu resepti

Reseptin məlumatları Baxış sayı: 19 851

Tarix : 16-08-2015, 14:00

Bölmə : Tərəvəz yeməkləri / Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
10 kq pomidor,
2 kq qırmızı bibər,
1 ,5 çay stəkanı sirkə,
250 q bibər,
1 çay stəkanı zeytun yağı,
4 baş sarımsaq,
Raziyana,
istiot,
kəklik otu,

Hazırlanması:
Əvvəlcə tərəvəzləri bol suda yuyun.
Pomidorları robotda çəkin.
Aşsüzəndən keçirib qazana tökün.
Vam odda qaynamağa qoyun.
Bir az qatılaşana qədər qaynadın.(ara- sıra qarışdırın ki ,dibi tutmasın.)
Qırmızı bibərləri doğrayıb robotda çəkın. Qazana tökərək qaynamağa qoyun.
Bir az qatılaşana qədər qaynadın və aradabir qarışdırın ki, dibi tutmasın.
Bibərləri də aşsüzəndən keçirib pomidorların içinə əlavə edin.
Qarışığı qaynamağa qoyun və robotda çəkilən sarımsaqları da əlavə edin .
Ocaqdan düşürənə yaxın istiotu, kəklik otunu , raziyananı əlavə edın.
Robotda çəkilən bibərləri də əlavə edib 10 dəqiqəyə yaxın qaynatdıqdan sonra ocaqdan alın.
İsti-isti bankalara doldurub agızlarına incə dogranmıs bırər , bir az cəfəri əlavə edib qapağını möhkəm bağlayın və tərs çevirib bu şəkildə soyumaya buraxın.
Artıq sosumuz qışa hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, qoyun, qaynamağa, robotda, kəklik, qarışdırın, tutmasın, bibərləri, keçirib, qatılaşana, bibər, qaynadın, çəkilən, stəkanı, qədər, yaxın, bankalara, ocaqdan, dəqiqəyə, istiotu
BİZİ İZLƏYİN