• Baba qanuş resepti

Reseptin məlumatları Baxış sayı: 17 775

Tarix : 8-06-2014, 04:38

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : Yox


[b]Tərkibi:[/b]
8 orta boylu badımcan
2 xörək qaşığı tahin (küncüt pastası/əzməsi)
2 xörək qaşığı zeytun yağı
2-3 diş sarımsaq, sarımsaq əzəndən keçirilmiş
4 xörək qaşığı təzə limon suyu
2 xörək qaşığı qatıq
Duz
Zeytun yağı, üstünə tökməyə
İncə doğranmış cəfəri, üstünə səpməyə
Sumaq, üstünə səpməyə (istəsəniz)

[b]Hazırlanması:[/b]
Əvvəlcə badımcanları közdə, yaxud açıq atəşdə bişirin. Bunun üçün əlinizdəki imkanlardan asılı olaraq bir neçə üsul var. Məqsəd badımcanların qabığını közləndirmək, mətini isə yumşaltmaqdır. Bu işi həll edəndən sonra badımcaları soyumaq üçün kənara qoyun.

[b]1.[/b] Odun qrilində (tövsiyyə olunan üsuldur, ən yaxşı dad məhz belə əldə edilir): Odunu yandırın və alovun dilləri itənə, yerində yanan köz qalana qədər gözləyin. Badımcanları közüm içinə basdırın və burada 15 dəqiqə bişirin. Siz həm də badımcanları şişə çəkib şişləri közün üzərinə yerləşdirə bilərsiniz. Bu halda siz şişləri vaxtaşırı çevirməlisiniz ki, badımcanların hər tərəfi közlənsin.

[b]2.[/b] Qaz sobasında (bu da yaxşıdır; bu halda da köz dadını əldə edəcəksiniz). Badımcanları qaz sobanızda birbaşa açıq alovun dilləri üzərinə yerləşdirin. Onları vaxtaşırı maşa iləgötürərək çevirin ki, hər tərəfi közərsin. (Mənim sobam elektrik sobasıdır, ona görə mən badımcanları birbaşa qızdırılmış plitənin üzərinə qoyuram və orta istilikdə təxminən 10 dəqiqə bişirirəm. u zaman onları vaxtaşırı çevirirəm ki, hər tərəfi közlənsin. Bu halda da köz dadı alınır.)

[b]3. [/b]Sobanın içində (duxovkada) (ən az tövsiyyə olunan üsul; köz ətri çox az olur): Badımcanları listin üzərinə yerləşdirin və 205 dərəcə selsiyə qədər qızdırılmış sobada qabıqlar közlənənə, badımcanlar yumşalana qədər, təqribən 25 dəqiqə bişirin.

Badımcanlar bir az soyuyandan sonra onların qabığını tam soyun. İndi isə tumlara fikir verin – əgər onlar çox tünd rənglidirsə və çoxdursa onları ehtiyatla çıxarıb kənara qoyun (atmayın! Bir az duz səpib ləzzətlə yeyin!) Əgər tumları azdırsa və rəngi açıqdırsa qoyun qalsın. Badımcanların qulplarını kəsin.
Daha sonra təmizlənmiş badımcanları bir dərin qaba yığıb çəngəllə əzin. Heç vaxt blenderdə qarışdırmayın! Badımcanlar bir az diri qalmalıdır.
Tahin, zeytun yağı, sarımsaq, limon suyu və adi qatıq əlavə edin. Zövqə görə duz vurun. Yaxşıca qarışdırın. Hazır əzməni qaşıqla boşqaba qoyun. Üzərinə bir az zeytun yağı gəzdirin və cəfəri səpin. Əgər istəsəniz sumaq da səpə bilərsiniz. Süfrəyə çörək, yaxud qızardılmış pita ilə verə bilərsiniz.

[b]Nuş olsun![/b]
Etiketlər: qaşığı, üzərinə, xörək, qoyun, badımcanları, sonra, bişirin, üstünə, Badımcanları, halda, qədər, dəqiqə, bilərsiniz, vaxtaşırı, zeytun, sarımsaq, tərəfi, kənara, qızdırılmış, badımcanların
BİZİ İZLƏYİN