• Qatıqlı göbələk resepti

Reseptin məlumatları Baxış sayı: 15 420

Tarix : 3-03-2016, 15:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
½ kq göbələk,
3 diş sarımsaq,
1 stəkan qatıq,
2 yemək qaşığı mayonez,
2 yemək qaşığı zeytun yağı,
1 dəstə cəfəri,

Hazırlanması:
Göbələkləri yuyun. Sonra yuduğunuz göbələyin suyunu süzün. Yuduğunuz göbələkləri təmizləyib doğrayın. Tavada zeytun yağını qızdırın. 2 yemək qaşığı zeytun yağında suyunu çəkənə kədər qovurun.

Göbələk suyunu çəkdikdən sonra soyumağa qoyun.

Sarımsağı soyun.

Kiçik-kiçik doğrayın.

Qatıq, mayonez və sarımsağı qarışdırın.

Göbələkləri bu qarışığın içinə əlavə edib qarışdırın.

Cəfərini təmiz-təmiz yuyun. Kiçik-kiçik doğrayın.

Qatıqlı göbələyi cəfəri ilə bəzəyərək servis edin.

Nuş olsun!
Etiketlər: yemək, zeytun, doğrayın, qaşığı, suyunu, təmiz, Göbələkləri, yuyun, cəfəri, qarışdırın, Kiçik, mayonez, kiçik, Qatıq, soyun, sonra, soyumağa, qoyun, Sarımsağı, sarımsağı
BİZİ İZLƏYİN