• Reyhanla qurudulmuş pomidor resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 649

Tarix : 31-03-2016, 16:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
təzə reyhan
1/4 st. zeytun yağı
duz, istiot
12-14 ədəd pomidor
pul bibər
1 baş sarımsaq

Hazırlanması:
Pomidorları dörd bölün.

Formaya zeytun yağı töküb pomidorları düzün.

Pomidorların üzərinə də zeytun yağı gəzdirin (təxminən 2 x.q.)

Duz, qara istiot, pul bibər səpin. Sarımsağı təmizləyib ara-bərədə düzün.

80 dərəcə qızdırılmış sobaya qoyub 10 saat (!) bişirin.

10 saat sonra pomidorlar büzüşəcək, amma ətri və dadı ağlı başdan alacaq.

Bu etapda onun qabığı asanlıqla ayrılır, həvəsiniz olsa, soya bilərsiniz.

1-litrlik banka götürüb azacıq zeytun yağı tökün. Bir neçə bişmiş pomidor dilimi, üzərinə reyhan və pomidorlarla birlikdə bişən sarımsaq düzün. Azacıq zeytun yağı töküb banka dolanadək ərzağı lay-lay düzün.

Banka tam dolandan sonra formada qalan yağı üzərinə tökün.

Əgər bankada bundan sonra da boş yer qalarsa, həmin yeri zeytun yağı ilə doldurun.

Qapağını bağlayıb soyuducuda saxlayın.

Reyhanla qurudulmuş pomidor resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: zeytun, düzün, sonra, üzərinə, tökün, banka, töküb, sarımsaq, reyhan, bibər, istiot, pomidor, bişən, Azacıq, ərzağı, dolanadək, birlikdə, dilimi, götürüb, azacıq
BİZİ İZLƏYİN