• Klyarda brokkoli resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 924

Tarix : 29-10-2016, 12:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q dondurulmuş brokkoli
120 q un
150 q mineral su
1 yumurta
1 diş sarımsaq
qara istiot
1 st. bitki yağı
0,5 ç.q. qabartma tozu

Hazırlanması:
Təzə brokkoli də istifadə edə bilərsiniz. Əsas odur ki, o, suda tam bişməlidir.
Dondurulmuş brokkolini isə donunu açmadan qaynayan suya salın, qaynara düşəndən sonra 3 dəqiqə bişirin, bu müddətdə bir ləyənə soyuq su tökün. İmkan olarsa, içinə buz parçaları da salın.
Qaynayan brokkolinin suyunu süzün və dərhal da soyuq su olan qaba yığın (kəfkirlə də edə bilərsiniz). Sonra aşsüzənə yığın, suyu çəkilsin.
Yumurtanın ağını sarısından ayırın (ağda sarı qətiyyən qalmasın). Mikserlə möhkəm çalın.
Sarımsağı təmizləyib çox xırda doğrayın, yaxud sarımsaqəzəndən keçirin.
Kasada mineral suyun yarısını, unu, yumurta sarısını, qabartma tozunu, sarımsağı, duz və istiotu qarışdırın, qarışdıra-qarışdıra mineral suyun qalanını da əlavə edin, amma çox qarışdırmayın ki, içindəki havanı "öldürməyəsiniz". Çalınmış yumurta ağlarını əlavə edin, qaşıqla səliqə ilə qarışdırın.
Brokkoliləri çəngəllə götürüb klyara batırın, sonra 2 barmaq qalınlıqda yağ töküb qızdırdığınız ensiz, dərin tavada orta itilikli odda qızardın. (Soyuq yağa salmayın).
Hərtərəfli qızardıqdan sonra kəfkirlə götürüb kağız salfetlərin üzərinə düzün.

Klyarda brokkoli resepti - FOTO RESEPT

Klyarda brokkoli resepti - FOTO RESEPT

Klyarda brokkoli resepti - FOTO RESEPT

Klyarda brokkoli resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, yumurta, mineral, salın, əlavə, soyuq, yığın, götürüb, qarışdırın, kəfkirlə, qarışdıra, qabartma, suyun, brokkoli, bilərsiniz, qaşıqla, öldürməyəsiniz, ağlarını, Kasada, havanı
BİZİ İZLƏYİN