• Kartoflu pankeyklə göbələkli raqu resepti

Reseptin məlumatları Baxış sayı: 12 355

Tarix : 18-12-2016, 16:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı - 60 q
Un - 2 x/q
Yumurta - 1 ədəd
Göbələk - 300 q
Soğan - 1 ədəd
Sarımsaq - 3 diş
Cəfəri - 1 dəstə
Qaymaq - 200 ml (33%)
Kartof - 800 q
Duz
İstiot

Hazırlanması:
Göbələkləri təmizləyib, yuduqdan sonra tavaya əlavə edərək qızardın. Sonra 3 diş əzilmiş sarımsaqları, soğanı və cəfərini doğrayıb, qızartmanın üzərinə əlavə edin. Zövqə görə duz-istiot və 33%-lik qaymaq əlavə etdikdən sonra qarışımı bişirməyə davam edin. Göbələkli qarışım bişdikdən sonra pankeykləri hazırlamağa başlayaq. İlk növbədə kartofu duzlanmış suda qaynadın. Suyu süzüb, kartofu təmizləyib, sürtgəcdən keçirin. Yumurta, un və sürtkəcdən keçiriən kartofu bır qabda qarışdırın. Әlinizlə kartoflu xəmirə pancake formasını verib, kərə yağı ilə qızardın.
Qızardılan hazır pankeyklərin üzərinə göbələkləri düzüb, cəfəri göyərtisi ilə bəzək verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, kartofu, qızardın, üzərinə, təmizləyib, Yumurta, qabda, sürtkəcdən, keçirin, keçiriən, sürtgəcdən, başlayaq, hazırlamağa, növbədə, duzlanmış, süzüb, qaynadın, qarışdırın, xəmirə
BİZİ İZLƏYİN