• Kartoflu "kirpi"lər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 359

Tarix : 11-01-2017, 20:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
500 q bişmiş kartof
1 yumurta
1 iri soğan
1 iri yerkökü
4 x.q. un
50 q bərk pendir
duz
istiot
1 çimdik muskat cevizi

Hazırlanması:
Kartofdan püre hazırlayın. Tam soyudun (əks halda kotletlər dağıla bilər).

Soğanı xırda doğrayın, yerkökünü sürtgəcdən keçirin. İkisini birlikdə 10 dəqiqə qovurun.

Pendiri sürtgəcdən keçirin.

Kartof püresini soğan, yerkökü, un, pendir və yumurta ilə qarışdırın. Zövqə görə ədviyyat əlavə edin.

Formanın içinə perqament döşəyin. Qarışıqdan yarım qaşıq götürərək üzərinə düzün.

180 dərəcə qızdırılmış sobada 30 dəqiqə, qızılı rəng alanadək bişirin.

Xəmirə göbələk, qarğıdalı, göyərti, kolbasa və s. də vura bilərsiniz. Un əvəzinə narın suxarı götürə öilərsiniz.

Kartoflu "kirpi"lər resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: sürtgəcdən, keçirin, dəqiqə, yerkökü, pendir, soğan, yumurta, qızdırılmış, düzün, dərəcə, üzərinə, yarım, perqament, içinə, döşəyin, Qarışıqdan, qaşıq, sobada, götürərək, bişirin
BİZİ İZLƏYİN