Tərkibi:1 kq kartof
1 baş soğan
300 q çedder pendiri
1,5 st. xama
duz
qara istiot
Hazırlanması:Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin. Soğanı xırda doğrayın. Pendiri sürtgəcdən keçirin.
İri ləyəndə kartof, soğan, pendirin 3/4 hissəsini, duzu və qara istiotu qarışdırın. Xama əlavə edib qarışdırın. Formanı yağlayın. Kartoflu qarışığı içinə qoyun, üzərinə qalan pendiri səpin.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, qızılı rəng alanadək bişirin.
Nuş olsun!
Etiketlər: keçirin, pendiri, qarışdırın, kartof, soğan, üzərinə, qalan, qoyun, Kartoflu, yağlayın, səpin, qarışığı, içinə, qızdırılmış, alanadək, bişirin, olsun, qızılı, dəqiqə, Formanı