Tərkibi:8 kartof
120 q kərə yağı (20+100)
iri duz
təzə üyüdülmüş istiot
rozmarin
Hazırlanması:Kartofu təmizləyib 2-3 yerə bölün. Hər hissə təxminən 2 sm qalınlıqda olmalıdır ki, şəridlər kəsmək asan olsun.
Kartoftəmizləyənin köməyilə bu hissələri 1 mm qalınlıqlı şəridlərə bölün.
Kartof şəridlərini spiral kimi bükün. Əgər qırılarsa, dərd etməyin, ard-arda düzün.
Yağlanmış formaya düzün, üzərinə iri duz, istiot və rozmarin səpin. Hər "qızılgülün" üzərinə bir parça kərə yağı qoyun.
200 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin, arada üzərinə əridilmiş kərə yağı gəzdirin.
Tam bişdikdən sonra ehtiyatla buluda yığın. Zövqünüzə görə bəzəyin.
Nuş olsun!
Etiketlər: üzərinə, olsun, rozmarin, bölün, istiot, düzün, dərəcə, sobada, qoyun, qızdırılmış, parça, formaya, səpin, dəqiqə, qızılgülün, arada, buluda, yığın, Zövqünüzə, bəzəyin