• Gülkələmi pudinqi resepti

Reseptin məlumatları Baxış sayı: 12 778

Tarix : 3-01-2016, 19:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q gülkələmi
5 yumurta
100 q kərə yağı
4 x.q. un
400 ml süd
duz
muskat cevizi - zövqə görə

Hazırlanması:
Gülkələmini yuyun, budaqlarını ayırıb duzlu suda 7 dəqiqə bişirin. Sonra suyu süzün, gülkələmini ağzıbağlı qazanda saxlayın.

Sous: başqa bir qazanda kərə yağını əridin, un əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın. Südü qızdırın, unlu qarışığa əlavə edin, çalın. Vam odda qarışdıra-qarışdıra 10-15 dəqiqə, sous qatılaşanacan bişirin. Azca duz, 1 çimdik üyüdülmüş muskat cevizi əlavə edin. Ocaqdan götürün, soyudun. Sonra yumurta sarılarını əlavə edib qarışdırın.

Yumurtanın ağını duzla möhkəm çalın, sousa əlavə edin. Sousun yarısını qazandakı gülkələminin üstünə tökün (gülkələmi hərtərəfli sousa bulanmalıdır).

Sinini bitki yağı ilə yağlayın. Gülkələmini içinə düzün. Sousun qalanını üzərinə bərabər qaydada yayın.

Sinini 180 dərəcə qızdırılmış sobaya qoyun. 30-35 dəqiqə bişirin.

Sobadan çıxarandan sonra bir qədər soyudub sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, dəqiqə, sonra, çalın, Gülkələmini, qazanda, Sonra, Sinini, qarışdırın, gülkələmi, Sousun, sousa, yumurta, muskat, qarışdıra, cevizi, yağlayın, içinə, bitki
BİZİ İZLƏYİN