• Kartof tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 384

Tarix : 22-08-2014, 00:00

Bölmə : Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq təmizlənmiş (əzilməyən) kartof
1 iri şirin bibər
3 yerkökü
1 kəvər (ağ hissəsi)
6-8 göy soğan
4 yumurta
200 ml 20%-li qaymaq
150 q pendir ("Svalya", "Tiltizer")
kərə yağı (sinini yağlamaq üçün)
duz
istiot
1 ç.q. oreqano
1 ç.q. kəkotu

Hazırlanması:
Kartof tortu resepti - FOTO RESEPT


Tərəvəzləri yuyub təmizləyin. Kartof və yerkökünü nazik dilimləyin. Soğanı, kəvəri və bibəri xırda doğrayın. Pendiri sürtgəcin iri gözündən keçirin.
Kartof tortu resepti - FOTO RESEPT


Sous: Yumurta, qaymaq, duz, istiot, oreqano və kəkotunu qarışdırın.
Kartof tortu resepti - FOTO RESEPT


Formanı (2,5 l) kərə yağı ilə bol yağlayın, ərzaqları lay-lay düzün: kartof, soğan+ kəvər+bibər qarışığı, pendir, sous, yerkökü, soğan+kəvər+bibər, pendir, sous və s.
Kartof tortu resepti - FOTO RESEPT


Pendirin bir hissəsini üzəri üçün saxlayın.
Kartof tortu resepti - FOTO RESEPT


Formanın üzərini folqa ilə yaxşıca bağlayın (əks halda kartofla yerkökü bişməyəcək). 200 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Sonra folqanı çıxarın, saxladığınız pendiri üzərinə səpin, folqanı bağlamadan 10-15 dəqiqə sobada bişirin.
Kartof tortu resepti - FOTO RESEPT

Kartof tortu resepti - FOTO RESEPT


Hazır "tortu" sobadan çıxarıb paylara bölün, süfrəyə isti-isti verin.
Kartof tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yerkökü, kəvər, soğan, bibər, pendir, qaymaq, folqanı, istiot, sobada, kartof, oreqano, bişirin, kartofla, bişməyəcək, qızdırılmış, Sonra, dərəcə, bağlayın, hissəsini, Formanın
BİZİ İZLƏYİN