Tərkibi:1 ədəd toyuq sinəsi
1 çay qaşığı duz
4 ədəd yuxa
Üzəri üçün:1 ədəd yumurta sarısı
2 xörək qaşığı küncüt
Sous üçün:1,5 su stəkanı toyuq suyu
1 su stəkanı süd
1 ədəd yumurta
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay stəkanı su
2 xörək qaşığı un
5 xörək qaşığı maye yağ
125 gr marqarin
Hazırlanması:Toyuq sinəsinə duz əlavə edib üzərini örtənə qədər su ilə qaynadın. Ayırd edib didikləyin. Maye yağda unu yüngül qovurub süd və toyuq suyunu əlavə edin. Toyuqları və qara bibəri qatın, yumurtanı əlavə edib qarışdırın. Yuxaları dördə bölüb su və marqarin qarışığı ilə yağlayın. Uc qisiminə toyuqlu içlikdən qoyub rulet şəklində bükün. Ruletləri öz ətrafında çevirib gül şəkli bükün. Qalan yuxaları da eyni şəkildə hazırlayın. Yağlanılmış soba qabına düzün. Üzərinə bir miqdar su və yumurta sarısı sürtün. 200 dərəcə əvvəldən isidilmiş sobada yaxşıca qızarana qədər bişirin.
Nuş olsun!
Etiketlər: qaşığı, yumurta, xörək, toyuq, əlavə, stəkanı, bükün, marqarin, qədər, sarısı, şəkli, çevirib, Qalan, yuxaları, şəkildə, ətrafında, olsun, qoyub, içlikdən, rulet