• Monastırsayağı toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 5 470

Tarix : 27-08-2018, 12:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Şef / Mənbə : bahasun


Tərkibi:
1 kilo toyuq filesi
300 qr. təzə göbələk
2 pomidor
150 qr. holland pendiri

Sousu üçün:
3 x.q. xama
1/4 ç.q. xardal
duz
istiot
1/2 ç.q. kəklikotu

Hazırlanması:
1. Toyuq filəsi eyni qalınlığında kəsilir. Düz və istiot sürtülür.
2. Göbələk nazik doğranılır, bitki yağında qızardılır. Suyu tam çıxmalıdır.
3. Pomidor halqa şəklində doğranılır. Holland pendiri sürtkəcin iri gözündən rəndələnir.
4. Sous üçün lazım olan hər şey qarışdırılır.
4. Soba listi yağlanır və toyuq listə düzülür. Üstünə qızarmış göbələk yığılır və sous çəkilir, daha sonra dilim pomidor düzülür.
5. Evvəlcədən 190 dərəcədə isinmiş sobada 15 dəqiqə bişirilir. Daha sonra üstünə pendir səpilərək 5-10 dəqiqə daha bişirilir.
Əvvəlcədən bişirib, üstünə folqa çəkib sobada saxlıya bilərsiniz. Uzun müddət isti qalacaq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: istiot, bişirilir, sobada, üstünə, sonra, doğranılır, pendiri, toyuq, dəqiqə, göbələk, düzülür, pomidor, isinmiş, dərəcədə, yığılır, Üstünə, listə, qızarmış, çəkilir, dilim
BİZİ İZLƏYİN