Tərkibi: 500 q toyuq ciyəri
100 q kərə yağı
5 x.q. zeytun yağı
100 ml bəyaz şərab
2 baş soğan
1 diş sarımsaq
100 ml yağlı qaymaq
duz
qara istiot
muskat cevizi
kəkotu
Hazırlanması:Soğanı halqa, sarımsağı xırda doğrayın.
Kərə yağının yarısını əridin, içinə kəkotu budaqları atın, 1 dəqiqə qaynayandan sonra kəkotunu çıxarın, soğan və sarımsağı qovurun.
Qaraciyəri əlavə edib 8-10 dəqiqə bişirin, çox qurutmayın.
Şərabı və 1 çimdik muskat cevizini əlavə edin. Duz-istiot vurun.
Daha 5 dəqiqə bişirin.
Qaymağı əlavə edin.
Qaymaq qaynamağa başlayan kimi tavanı ocaqdan götürün.
Hamısını eynicinsli kütlə alınanadək blenderdə xırdalayın.
Kərə yağının qalanını əridin, ayranını süzün. Yağı paştetin üzərinə gəzdirin.
Soyuducuya qoyun.
Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, kəkotu, muskat, yağının, əridin, istiot, bişirin, sarımsağı, soğan, başlayan, qaynamağa, tavanı, ocaqdan, Soyuducuya, Qaymaq, Qaymağı, cevizini, olsun, qoyun