Tərkibi:2 ədəd hazır toyuq döş əti
2 ədəd iri (qabığı soyulmuş) pomidor
80 qr qara (tumu çıxardılmış) zeytun
3 ədəd kərəviz özəyi
göy soğan
30 qr ləpə (qoz, badam və ya balqabaq tumu)
Qatqı üçün:1 x/q albalı və ya moruq sirkəsi
3 x/q zeytun yağı
1 diş sarımsaq (zövqə görə)
duz
istiot
Hazırlanması:1. İnqredientlər hazırlanır.
2. Döş əti uzunsov xətlər formasında doğranılır.
3. Soğan, kərəviz, pomidor və zeytun doğranılır. Ləpələr əzilir.
4. Qatqı hazırlanır: sirkə ilə yağ, duz, istiot və zövqə görə əzilmiş sarımsaq qarışdırılır.
5. Salata qatqı əlavə olunub ehtiyyatla qarışdırılır.
6. Vəssalam! Salat hazırdır. Yüngül, hazırlanması tez olan bu salat sizi öz dadı ilə təəccübləndirəcək.
Nuş olsun!
Etiketlər: zeytun, qarışdırılır, əlavə, istiot, pomidor, doğranılır, zövqə, hazırlanır, toyuq, salat, Qatqı, kərəviz, sarımsaq, Soğan, formasında, hazırlamaq, dadlı, İnqredientlər, uzunsov, xətlər