• Toyuq kolbasası resepti

Reseptin məlumatları Baxış sayı: 19 700

Tarix : 15-06-2014, 17:37

Bölmə : Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 qr toyuq filesi
2 ədəd kök
3 diş sarımsaq
1 ədəd yumurta
Ədviyyatlar – duz ,istiot, pul bibər, sarikok, quru göylər
1 dəsdə şüyüd

Hazırlanması:
Kökü qaynadırıq və ortadan iki yerə bölürük,çəkilmiş toyuq ətinə ədviyyatları, yumurta və əzilmiş sarımsaq əlavə edib qarişdırırıq. Hazır qiyməni folqaya yayırıq, ortasına kökləri düzürük və rulet kimi bükürük. Sapla bağlayıb qazana qoyuruq üzərinə su, dəfnə yarpağı əlavə edib 30 dəqiqə qaynadırıq. Soyuduqdan sonra dilimləyirik.

Nuş olsun!
Etiketlər: əlavə, sarımsaq, yumurta, toyuq, qaynadırıq, bükürük, bağlayıb, rulet, Sapla, kökləri, yayırıq, ortasına, qazana, düzürük, üzərinə, sonra, dilimləyirik, olsun, Soyuduqdan, dəqiqə
BİZİ İZLƏYİN