• Anadolu sayağı toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 13 169

Tarix : 7-07-2016, 15:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Toyuq - 1.2 kq
Şüyüd - 300 q
Göy soğan - 6 də
Yumurta - 2 əd
Limon - 1 əd
Zeytun yağı - 6 x.q
Duz, istiot

Hazırlanması:
Toyuğu yuyub doğrayırıq.
Toyuğa duz,istiot çəkib isti tavada her iki terefini qızardırıq.
Göyərtiləri təmzləyib yuyuruq.
Toyuğun üzərinə 1 stəkan su töküb doğradığımız göyərtini üzərinə əlavə edib ağzı açıq 20 dəqiqə bişiririk.
Arada dadına baxırıq duzu az olsa duz əlavə edirik.
Yumurtanın ağını limon şirəsi ilə ağ köpük halına gəlincəyə qədər çalırıq.
Hazır olduqdan sonra yumurtanın sarısını hazırladığımız köpüyə əlavə edib asta – asta çalırıq.
Qalan zeytun yağını yumurtaya əlavə edib qarışdırırıq.
Haırladığımız qarışığı toyuğun üzərinə əlavə edib qarışdırırıq ki, yumurta hər tərəfə yayılsın.
Yumurtanı qarışdıran kimi yemək hazırdı və qablara çəkirik.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, çalırıq, qarışdırırıq, istiot, sonra, yumurtanın, hazırladığımız, köpüyə, sarısını, Hazır, köpük, şirəsi, halına, gəlincəyə, Qalan, qədər, olduqdan, yağını, yemək
BİZİ İZLƏYİN