• Toyuq və ananasla salat resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 905

Tarix : 31-10-2016, 12:00

Bölmə : Toyuq yeməkləri / Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 "aysberq" kələmi
250 q toyuq filesi
300 q ananas konservi
100 q bərk pendir
1 x.q. bitki yağı
2 x.q. soya sousu
üzüm gilələri

Hazırlanması:
Kələmin yarpaqlarını axar suyun altında tərtəmiz yuyun. Silkələyib suyunu axıdın. Sonra əlinizlə parçalara bölün.
Toyuq ətini yuyun, salfetlə qurulayıb doğrayın.
Tavada bitki yağını qızdırın. Toyuq ətini əlavə edib iti odda 3 dəqiqə bişirin. Soya sousu əlavə edib ocağı azaldın, daha 3 dəqiqə bişirin.
Ananasın suyunu süzüb doğrayın.
Pendiri sürtgəcdən keçirin.
Kələm, toyuq, ananas və pendiri qarışdırın. Qaba yığıb üzərinə üzüm gilələri düzün. Salat üçün sevdiyiniz souslardan da istifadə edə bilərsiniz.

Toyuq və ananasla salat resepti - FOTO RESEPT

Toyuq və ananasla salat resepti - FOTO RESEPT

Toyuq və ananasla salat resepti - FOTO RESEPT

Toyuq və ananasla salat resepti - FOTO RESEPT

Toyuq və ananasla salat resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Toyuq, suyunu, əlavə, ətini, doğrayın, dəqiqə, bişirin, gilələri, yuyun, bitki, ananas, sousu, toyuq, süzüb, souslardan, Ananasın, azaldın, bilərsiniz, ocağı, istifadə
BİZİ İZLƏYİN