• Toyuqlu göbələkli pizza resepti

Reseptin məlumatları Baxış sayı: 36 067

Tarix : 27-11-2016, 16:00

Bölmə : Toyuq yeməkləri / Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

6 st un
1,5 st az ilıq su
1 st süd
0,5 st zeytun yağı
1 ədəd yumurta
2 ç.q. şəkər
2 ç.q. duz
1 paket (10 qr.) instant maya.

Xəmirin üstü üçün:
Ketçup
Sarımsaq
Soğan
Göbələk
Soyulmuş pomidor
Qara zeytun
Döş əti
Bibər
Holland pendiri
(istəyə görə başqa tərəvəzlər əlavə etmək olar,ölçulər də istəyə görədir)

Hazırlanması:
Xəmir üçün suya şəkər və mayanı qatıb əridirik,daha sonra yağ,süd,yumurta,duz qatıb qarışdırırq.
Daha sonra unu yavaş-yavaş ələyərək yumşaq xəmir yoğururuq.
Xəmirin üzərini streç sellofanla örtüb ən az 6-8 saatlıq soyuducuya qoyuruq. Xəmir soyuducuda 2-3 gün qala bilir.
Xəmirimiz təxminən 2-3 dəfə artdığı zaman hazır sayılır.
İndi isə tərəvəzləri incə dilimlər şəklində doğrayırıq.Döş ətini qaynadıb,didirik.Sarımsağı istəyə görə xırda doğraya da bilərik,əzə də bilərik.Pendiri sürtkəcdən keçiririk.
Xəmiri 4 kündəyə ayırırıq.1-2 sm. qalınlığında yayıb, bolca unlanmış listə qoyuruq.Üzərinə ketçupla sarımsağı qarışdırıb yayırıq. Sarımsaq pizzaya xüsusi ləzzət qatır.
Daha sonra pendirdən azca səpirik.
Ardından soğan,zeytun,bibər,göbələk,toyuq və pomidor düzürük.Aralarına duz və istiot da səpməyi unutmuruq.
Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 15 dəqiqə bişiririk,15 dəqiqə sonra çıxarıb üzərinə bir ovuc dolusu pendir səpirik və yenidən 3-4 dəqiqəlik sobaya qoyuruq. Və ləzzətli əsl italyan pizzamız hazırdır.

Nuş olsun!
Etiketlər: sonra, istəyə, qoyuruq, Xəmir, zeytun, pomidor, dəqiqə, qatıb, bilərik, səpirik, yavaş, Xəmirin, şəkər, Sarımsaq, yumurta, pizzaya, yayırıq, Ardından, xüsusi, qarışdırıb
BİZİ İZLƏYİN