• Qat-qat xəmirdən toyuq piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 30 430

Tarix : 8-08-2014, 23:49

Bölmə : Toyuq yeməkləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mayalı yağlı qat-qat xəmir
300 q toyuq filesi
1 baş soğan
1 yumurta
duz
qara istiot
2 x.q. mayonez
100 q pendir

Hazırlanması:
Toyuq filesini kubik doğrayın. Qiymə halına gələnədək döyün, duz, istiot (qara-qırmızı) vurun, mayonez qarışdırıb 10 dəqiqə saxlayın.

Soğanı xırda doğrayıb zeytun yağında qızılı rəng alanadək qovurun, toyuq ətinə əlavə edin.

Qat-qat xəmiri iki yerə bölüb nazik yayın.

Yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını içə əlavə edib qarışdırın.

Sinini yağlayın. Yaydığınız xəmirlərdən birini içinə döşəyin, içi bərabər yayın, sürtgəcdən keçirilmiş pendir səpib ikinci lavaşı üzərinə qoyun, kənarlarını birləşdirin.

Üzərinə yumurtanın sarısını çəkin. Çəngəllə simmetrik şəkildə deşiklər açın (qəşəng görünsün və xəmir şişib bərbad hala düşməsin deyə).

180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: pendir, mayonez, dəqiqə, əlavə, ağını, yayın, istiot, Yumurtanın, xəmir, toyuq, birləşdirin, ikinci, lavaşı, üzərinə, qoyun, səpib, kənarlarını, keçirilmiş, birini, xəmirlərdən
BİZİ İZLƏYİN