• Göbələkli - toyuqlu kiş resepti

Reseptin məlumatları Baxış sayı: 12 525

Tarix : 21-12-2016, 14:00

Bölmə : Toyuq yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 200q
Un 2 stəkan
Yumurta 1 ədəd

İçlik üçün:
Göbələk 400q
Toyuq filesi 400q
Soğan 1 baş
Kərə yağı 30q
Qaymaq (25% yağlılıq) 200ml
Yumurta 2 ədəd
Duz
İstiot

Hazırlanması:
Un və kərə yağını bir qaba töküb mikserlə qarışdırın. Yağ yumşalıb, əriyənə kimi qarışdırmağa davam edin. Sonra yumurtanı əlavə edib əlinizlə xəmiri yoğurmağa başlayın. Hazır xəmir təxmini yarım saat xəmir soyuducuda qalmalıdır. Göbələkləri yuyub, təmizləyib, doğrayın. Toyuq filesini kiçik hissələrə doğrayıb göbələklə bir tavada alovun orta hərarətində kərə yağı ilə qızardmağa başlayın. 3-4 dəqiqədən sonra soğanı doğrayıb, göbələklərin yanına əlavə edin. Kütlə yüngül qızartı alana kimi qlzardmağa davam edin. Xəmirinizi soyuducudan götürüb, 5-7mm qalınlığında yayıb, kiş üçün formanıza yerləşdirin. Daha sonra qızardığınız kütləni xəmirin üzərinə yerləşdirin. Artıq kişin içlik hissəsi hazırdı. Yumurtaları qaymaq ilə bir qabda yavaşca çalın. Alınan qarışıma duz və istiot ədavə edib, qarışımı hazırladığınız içlikin üzərinə boşaldın. Sobanızı 200 dərəcəyə qədər isidib, 30-35 dıqiqə ərizndı kişınızı bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: davam, yerləşdirin, üzərinə, əlavə, başlayın, xəmir, doğrayıb, sonra, Yumurta, Toyuq, Artıq, qızartı, kişin, hazırdı, yüngül, hissəsi, içlik, alana, kütləni, götürüb
BİZİ İZLƏYİN