• Xəmirdə toyuq budu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 587

Tarix : 14-08-2014, 03:00

Bölmə : Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

250 q un
0,75-1 st. qatıq
0,5 ç.q. soda
bıçağın ucunda duz

Qiymə:
500 q toyuq əti
1 baş soğan
duz
qara istiot
1 qutu duzlu çubuq

bitki yağı (qızartmaq üçün )

Hazırlanması:
Qatıq, soda, duz və undan xəmir yoğurun. Xəmir yumşaq olmalı, ələ yapışmamalıdır.

Toyuq ətini baş soğanla birlikdə ət maşınında çəkin. Duz, istiot vurub yoğurun, bir neçə dəfə kündə tutub masaya çırpmaqla döyün.

Xəmiri 1 mm qalınlıqda yayın, 3 sm enində şəridlər kəsin.
Xəmirdə toyuq budu resepti - FOTO RESEPT


Qiymədən götürüb duzlu çubuğun ətrafına toyuq budu forması verməklə bərkidin.

Sonra xəmir şəridi ilə sarıyın.
Xəmirdə toyuq budu resepti - FOTO RESEPT

Xəmirdə toyuq budu resepti - FOTO RESEPT


Hamısı hazır olduqdan sonra "bud"ların yarısınadək batacağı səviyyəyədək tavanın içinə bitki yağı tökün (təxminən 1-1,5 sm hündürlükdə).

Yağı yaxşıca qızdırın, "bud"ları içində hərtərəfli qızardın.
Xəmirdə toyuq budu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: xəmir, duzlu, yoğurun, bitki, istiot, toyuq, sonra, şəridi, olduqdan, hazır, sarıyın, Hamısı, Sonra, verməklə, götürüb, Qiymədən, çubuğun, ətrafına, ların, forması
BİZİ İZLƏYİN