• Çərkəz toyuğu resepti

Reseptin məlumatları Baxış sayı: 18 287

Tarix : 19-08-2014, 21:00

Bölmə : Toyuq yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 böyük toyuq
3 st. su
2 ç.q. duz
1 balaca soğan

Sous üçün:
250 qoz
1 orta boy soğan
3 dilim boyat çörək içi
duz
2 ç.q. qırmızı istiot

Hazırlanması:
Bütöv toyuğu duzlu suda bütöv, soyulmuş soğanla birlikdə qaynadın. Bişəndən sonra çıxarıb soyudun. Toyuğu didin (iri parçalarla).

Sous: qoz ləpəsini döyün. Çörək içini isladıb, soğanı xırdalayıb, blenderdən keçirin. Duz və pul bibər əlavə edib qarışdırın. İlıq toyuq suyundan 1 stəkan əlavə edin, qarışdırın.

Yarım stəkan qozu əzib yağını çıxarın.

Sousun yarısını diddiyiniz toyuq ətiylə qarışdırın, salat qabına döşəyin. Qalan yarısını üzərinə tökün, qaşıqla hamarlayın. Üzərinə qoz yağını gəzdirin.

Nuş olsun!
Etiketlər: toyuq, qarışdırın, yağını, əlavə, soğan, stəkan, yarısını, Yarım, bibər, suyundan, keçirin, Çörək, döyün, ləpəsini, içini, isladıb, xırdalayıb, soğanı, blenderdən, Sousun
BİZİ İZLƏYİN