• Assorti kürüsü resepti

Reseptin məlumatları Baxış sayı: 16 792

Tarix : 14-09-2014, 17:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq badımcan
1 kq qabaq
1,5 kq pomidor
200 q baş soğan
200 q sarımsaq
1 kq şirin bibər
1 kq yerkökü
100 ml 6%-li sirkə
0,5 l bitki yağı
70 q duz
200 q şəkər tozu

Hazırlanması:
Göstərilən ərzaqlardan təxminən 8 ədəd yarımlitrlik banka kürü alınır.

Pomidor və sarımsağı ət maşınından keçirin.

Badımcan və qabağı təmizləyib kubik doğrayın.

Yerkökünü sürtgəcin iri gözündən keçirin.

Soğanı yarımhalqa doğrayın.

Bibəri nazik yarımhalqa doğrayın.

Bütün tərəvəzləri yağda ayrı-ayrı qovurun.

Sonra hamısını bir iri tavaya yerləşdirin. Zəif ocağın üstünə qoyun.

Sirkə, bitki yağı, duz və şəkər tozunu qarışdırın, tavadakı qovrulmuş tərəvəzlər qaynamağa başlayanda bu qarışığı əlavə edin, qarışdırın, vam odda təxminən 1 saat bişirin.

Sterilizə edilmiş bankalara qaynar-qaynar yığın, qapaqlarını bağlayın. Bankaları tərs çevirib soyuyanadək belə saxlayın, sonra soyuq və quru yerə qoyun.

Nuş olsun!
Etiketlər: doğrayın, qarışdırın, şəkər, qaynar, qoyun, təxminən, keçirin, bitki, yarımhalqa, qovrulmuş, tavadakı, tərəvəzlər, tavaya, qaynamağa, hamısını, yerləşdirin, tozunu, başlayanda, üstünə, ocağın
BİZİ İZLƏYİN