• Duzlu limon resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 269

Tarix : 3-06-2015, 20:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Buralarda duzlu xiyarı sevirlər, Mərakeş, Kamboca, yaxud Hindistanda isə limonu. Onu müxtəlif üsullarla marinə edirlər - zəncəfil, ağ ətirli istiot, sarımsaq, xardal qatılmış sirkədə, yaxud duzda. Belə limon bazarlarda satılır. Evdə də hazırlanması rahatdır. Şorba, sous, raqu üçün, toyuq və balıq yeməkləri üçün əladır.

Tərkibi:
3-4 limon
1-1,5 x.q. duz

Hazırlanması:
500 ml-lik banka götürün. Dibinə 1 x.q. duz tökün.
Limonların "quyruq"larını kəsib uzununa 4 yerə bölün.
Duzu kəsiklərinə sürtün, bankaya yığın. Limonun şirəsi bankanı tam tutmalıdır, ona görə qalın taxta oxlovla bacardıqca basın, mümkün qədər çox limon yığın.
Bankanın qapağını bərk bağlayın. Otaq temperatunda 30 gün saxlayın. Günaşırı bankanı tərs çevirin ki, limonlar yaxşı duzlansın.
Hazır duzlu limonları bankanın ağzını açdıqdan sonra soyuducuda saxlayın.
Böyütmək üçün şəkillərə klikləyin.

Duzlu limon resepti - FOTO RESEPT

Duzlu limon resepti - FOTO RESEPT

Duzlu limon resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: limon, yığın, saxlayın, yaxud, bankanı, duzlu, basın, bacardıqca, mümkün, bölün, Bankanın, oxlovla, qədər, taxta, Limonun, kəsiklərinə, sürtün, şirəsi, qapağını, qalın
BİZİ İZLƏYİN