• Xiyar tutması öz suyunda resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 150

Tarix : 26-09-2015, 20:00

Bölmə : Turşular / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 litrlik banka üçün
1.5 kg + 1.5 kg xiyar
2-3 diş sarımsaq
qıtıqotu kökü (rusca xren) zövqə görə
şüyüd (çətirləri) zövqə görə
1-2 ədəd dəfnə yarpağı
4-5 ədəd yumru qara istiot
2-3 ədəd mixək
1-2 ədəd qırmızı acı bibər
3 xörək qaşığı duz

Hazırlanması:
1. Öz suyunda, daha doğrusu döyülmüş xiyarlardan alınan püredə hazırlanan xiyar tutması çox ləzzətli, incə və ətirli alınır. Bu resept sərfəli hesab edilir, çünkü şorabanı hazırlamaq üçün həm adi balaca xiyarlar həmdə böyük, kobud və əzilmiş xiyarlardan istifadə olunur. Məhz belə bir "nikah"-dan duzlu su rolunda xidmət edən püre hazırlanır. Lakin əvvəlcə xiyarları soyuq suda yarım saat saxlamaq lazımdır. Sonra isə yaxşıca yuyub qurutmaq.
2. İri və zədəli xiyarlari ət çəkən maşından keçirib dərin qaba tökmək. Sonra alınan püreyə iri xörək duzundan (yodsuz) tökmək lazımdır - hesabı belə gotürmək ki 3 litrlik balon üçün 3 x/q duz və ya 1.5 litrlik balon üçün 90 qr duz əlavə edilir.
3. Sterilləşdirilmiş və qurulanmış 3 litrlik balonun dibinə şüyüd çətirlərini toxumları ilə, qıtıqotu kökünün hissələrini, iki-üç diş sarımsaq (iki yerə doğranmış), bir neçə ədəd yumru qara istiot, iki-üç ədəd mixək, 1 ədəd qırmızı acı bibər və bir-iki ədəd dəfnə yarpağı qoyulur. Sonra xiyarların bir hissəsini bankanın ortasına qədər doldurub bankaya xiyar püresindən əlavə edilir. Bankanı bir balaca sirkələmək lazımdır ki püre bütüb boşluqlara yayılsın. Sonra şüyüd və ədviyyatlar əlavə edilir.
4. Sonra banka dolana qədər xiyarla doldurulub üzərindən püre əlavə edilir, elə ki püre bankanı örtsün, lakın banka ağzına kimi dolmasın. Bankanın üstündə bir qədər yer qalmalıdır. Üstən yenidən şüyüd çətirlərini və ədviyyatlar əlavə olunur. Banka plastmas qapaqla bağlanılıb soyuq yerə qoyulur. Əgər zirzəmi yoxdursa, o zaman souyuduca saxlamaq daha məsləhətlidir.
5. İki-üç gündən sonra xiyar (ölçüsündən asılı olaraq) az duzlu olacaq. Duzlu, xırtıldayan, dadlı, zərif turşulu onlar bir ay (ay yarımdan) sonra olacaq.

Xiyar tutması öz suyunda resepti - FOTO RESEPT

Xiyar tutması öz suyunda resepti - FOTO RESEPT

Xiyar tutması öz suyunda resepti - FOTO RESEPT

Xiyar tutması öz suyunda resepti - FOTO RESEPT

Xiyar tutması öz suyunda resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, xiyar, Sonra, edilir, şüyüd, litrlik, banka, qədər, lazımdır, olacaq, soyuq, olunur, xörək, ədviyyatlar, sonra, balaca, saxlamaq, bibər, alınan, xiyarlardan
BİZİ İZLƏYİN