• Badımcanla doldurulmuş bibər turşusu resepti

Reseptin məlumatları Baxış sayı: 18 216

Tarix : 17-04-2016, 23:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 orta boy bolqar bibəri
2 orta boy badımcan
1 dəstə şüyüd
1 dəstə cəfəri
2 baş sarımsaq
3 ədəd ağ dənəvər istiot
1 dəfnə yarpağı
qovurmaq üçün bitki yağı

marinad:
125 ml su
50 q şəkər tozu
0,5 x.q. duz
25 ml 9%-li sirkə
(bu ərzaq 1 l-lik banka üçündür)

Hazırlanması:
Bolqar bibərini yuyun, toxumlarını çıxarın.
Qaynayan suya salıb 5 dəqiqə bişirin, sonra çıxarıb bir qaba yığın.
Badımcanları təmizləyib 0,5 sm qalınlıqda uzunasına dilimlərə doğrayın.
Tavada bitki yağını qızdırıb badımcanların hər iki üzünü qızardın. Azca duz vurun.
Göyərtini xırda doğrayın, sarımsağı əzin, ikisini yaxşıca qarışdırın.
Badımcan dilimlərinin üzərinə göyərti-sarımsaq qarışığı səpib rulet kimi bükün.
Sonra bu ruletləri bibərlərin içinə doldurun.
Təmiz bankanın dibinə dəfnə yarpağı və dənəvər istiot qoyun.
Bibərləri içinə yığın.
Marinad: Suyu şəkər tozu və duzla qaynadın, sirkə əlavə edin. Marinadı bankadakı bibərlərin üzərinə tökün, bankanı 40 dəqiqə (1-litrlik) sterilizə edin. Qapağını bağlayıb soyuq yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: içinə, yarpağı, dəfnə, bitki, bibərlərin, sirkə, şəkər, doğrayın, istiot, yığın, dəqiqə, dənəvər, dəstə, sarımsaq, üzərinə, ruletləri, Sonra, Təmiz, doldurun, qarışığından
BİZİ İZLƏYİN