• Lobya konservi resepti

Reseptin məlumatları Baxış sayı: 15 167

Tarix : 3-09-2016, 22:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 kiloqram təzə lobya
3 kiloqram pomidor
4 ədəd qırmızı bibər
1 kilo yaşıl bibər
2 su stəkanı duru yağ
duz

Hazırlanması:
Lobyaları yuduqdan sonra doğrayın. Qırmızı və yaşıl bibərləri isə yeməklik doğrayın. Duru yağı bir az qızdırıb bibərləri və lobyanı qovurun.

Pomidorların qabıqlarını soyub rəndələyin və qarışıma əlavə edin.

Bişərkən axıra yaxın 2 yemək qaşığı qədər duz tökün.

Ocağın altını söndürdükdən sonra sterilizə edilmiş bankaları qarışımla doldurun. Ağzını möhkəm bağlayın. Tərs çevirib bir parçanın üzərinə qoyun. Soyuyandan sonra qaranlıq, gün işığı düşməyən yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: sonra, yaşıl, bibərləri, doğrayın, bibər, kiloqram, Ağzını, bankaları, doldurun, qarışımla, sterilizə, Ocağın, altını, söndürdükdən, möhkəm, edilmiş, üzərinə, işığı, düşməyən, yerdə
BİZİ İZLƏYİN