• Əsl molokan kələminin resepti

Reseptin məlumatları Baxış sayı: 15 268

Tarix : 27-03-2017, 14:00

Bölmə : Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- Kələm - 3 kq
- Kök - 3 dənə
- Duz - 2 xörək qaşığı
- Şəkər tozu - 1 xörək qaşığı
- Su - 1 l

Hazırlanması:
1. Kələmi və kökü xırda-xırda doğrayın və yaxşı qarışdırın.
2. Emallı qazana yığın.
3. 1 l suya duz və şəkər əlavə edin və qaynara düşənə kimi qızdırın.
4. Su soyuyandan sonra kələmin üzərinə tökün və 3-4 gün saxlayın. Kələmi hər gün qarışdırmaq lazımdır.
5. Kələmin üzərində qabarcıqlar əmələ gəldikdə kələm hazır sayılır.
6. Hazır kələmi şüşə bankalara yığın və sərin yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: xırda, yığın, qaşığı, Kələmi, xörək, saxlayın, əmələ, gəldikdə, qabarcıqlar, Kələmin, lazımdır, kələm, qarışdırmaq, üzərində, sayılır, sərin, yerdə, olsun, bankalara, kələmi
BİZİ İZLƏYİN