• Rəqəm peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 10 941

Tarix : 14-11-2018, 15:15

Bölmə : Uşaq yeməkləri / Peçenye reseptləri / Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
220 qr. kərə yağı
110 qr. toz şəkər tozu
1 yumurta
1 paket vanil
1 yemək qaşığı süd
400 qr. un
3/4 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz

Bəzəmək üçün:
Rəngli glazürler

Hazırlanması:
Sobanı 170 dərəcəyə nizamlayın. Kərə yağı və şəkər tozunu yaxşıca krem halını alacaq qədər qarışdırın. Yumurta, vanil və süd əlavə edin. Ən son ələnmiş un, qabartma tozu və duz əlavə edib xəmiri yaxşıca yoğurun. Xəmiri yarım sm qalınlığında açın və rəqəm formalı qəliblərlə kəsin. Yağlı kağızlı soba qabına düzün. Üstləri qızarana qədər bişirin. Soyumağa buraxın. Soyuduqdan sonra üstünü rəngli glazürlər ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: qaşığı, yaxşıca, qədər, əlavə, qabartma, şəkər, vanil, qabına, Üstləri, kağızlı, düzün, rəqəm, formalı, kəsin, Yağlı, qəliblərlə, Soyumağa, rəngli, glazürlər, bəzəyin
BİZİ İZLƏYİN